Şirin Cəfərinin məhkəmə prosesi təxirə salınıb

img

15-01-2016 [12:42]


"Gündəm Xəbər” qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğluna qarşı 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, təkrar Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 152950067 nömrəli cinayət işi qaldırılıb. Və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə də göndərilib. 

Hal-hazırda işin araşdırılması, Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Artıq bu gündək qaldırılmış cinayət işi ilə bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilmiş və növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə saat 10:00-da keçirilməsi də elan olunmuşdu. Bu günədək keçirilən məhkəmə proseslərində dövlət ittihamçısı Vüsal Abdullayev olsa da, dünən keçirilməsi elan olunmuş prosesə başqa bir dövlət ittihamçısı, yəni Sadiq Əkpərov göndərilib. 

Proses başlayarkən Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov bildirdi ki, "icra şöbəsindən əlavə iki nəfərin dindirilməsinə ehtiyac duyulmursa, o halda prokuror çıxışına başlaya bilər”. 

Hakimin təklifinə Şirin Cəfərinin vəkili Zaur Niftəliyev münasibət bildirərək "yaxşı olar ki, hər iki şahid məhkəməyə dəvət olunsun və onların da fikirləri dinlənilsin” dedikdə, dövlət ittihamçısı da edilən təklifə razı olduğunu bildirdi. Belə bir səbəb üzündən də, məhkəmə prosesi təxirə salındı və növbəti prosesin 19 yanvar saat 10:00-da keçirilməsi elan olundu. 

Xatırladaq ki, 2013-cü ildə "Gündəm Xəbər” qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğluna qarşı Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən 71428 manat vergidən yayınma ittihamı irəli sürülüb. Baş redaktor isə bu iddianı uydurma və tam əsassız sayır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR