26 yaşlı oğlan "Viagra" qəbul edib öldü

img

14-01-2016 [16:10]



Bakıda 26 yaşlı oğlan müəmmalı şəkildə ölüb. Lent.az-ın məlumatına görə, Tibb Universitetinin yaxınlığındakı binalardan birində Gəncə sakini, 1990-cı il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. İlkin müayinə nəticəsində onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Hüquq-mühafizə orqanları əməkdaşları mənzildən cinsi istəyi artıran "Viagra” həbləri və onların qablarını aşkarlayıblar. 26 yaşlı oğlanın da məhz bu həblərin təsiri altında vəfat etdiyi ehtimal edilir.
Bildirilir ki, hadisənin baş verdiyi ev M.Hüseynovun dostuna məxsus olub və o, həmin gün evdə qadınla birgə olub.
Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA