Bakı metrosunda intihar edən şəxs işsiz qalıbmış - Yeni faktlar

img

13-01-2016 [15:42]


Bu gün Bakı Metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar məlum olub.

Məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb.

Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb.

Hadisənin baş vermə şəraitinə gəlincə, bu gün saat 11 radələrində Q.Aşurov metronun "Əhmədli" stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyib. Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçirib.

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA