Bakıda məşhurlara qızıl satan biznes ledinin başını kəsdilər - ŞOK (Yenilənib)

img

05-01-2016 [14:34]


Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

****

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Məlumata görə, "Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın "Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib. Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA