ANS-də əmək haqları azaldıldı - Məşhurlar TV-ni tərk etdi

img

03-01-2016 [15:38]


İxtisarla əlaqədar ANS bir neçə tanınmış sima ilə yollarını ayırıb.

Məlumata görə, onlar arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var. Bildirilir ki, K.Həsənli telekanalı komandası ilə birgə tərk edib. Digər məlumata görə, şirkətdə ixtisarla yanaşı əməkhaqları da xeyli aşağı salınıb.
Ölkə.az

*** 

Şoumen Kamran Həsənli ANS-dən ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

K.Həsənli AzNews.az-a açıqlamasında bildirib ki, ANS-lə yollarını 1 ay əvvəldən ayırıb. Onun sözlərinə görə, ANS-də müəyyən maliyyə çətinlikləri yaranıb və bu səbəbdən də aparıcılıq etdiyi veriliş bağlanıb.

Telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri Afət Rahilqızı da ANS-lə yollarının ayrıldığını təsdiqləyib: "ANS-dən iki həftədə bundan əvvəl çıxmışam”.

Qeyd edək ki, ANS televiziyasından maliyyə problemi yarandığından ixtisarlar olunub. Bu üzdən də ANS kanalı bir neçə tanınmış sima ilə yollarını ayırıb. Onların arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var.


Digər xəbərlər
SON XƏBƏRLƏR