Fond prezidenti məmurlara xəbərdarlıq etdi - Açıqlama

img

02-01-2016 [22:56]


Qırğızıstandakı Heydər Əliyev Fondunun prezidenti Nüsrәt Mәmmәdov fondun təşəbbüsü ilə ərsəyə gələn Azərbaycan adına olduqqca önəmli daha  bir layihəyə imza atıb. 

Sözügedən layihə ilə bağlı Nüsrət Məmmədov sosial şəbəkədə bəzi səlahiyyətlərini aşan məmur və diplomatlara xəbərdarlıq etməyi də unutmayıb. Həmin yazını sizlərə olduğu kimi çatdırırıq:

"Saytımız vә qәzetimiz xaricdә yaşayan azәrbaycanlılardan Prezidentimizә dәstәk mәqsәdi üçün yaradılır. Doğru xәbәrin, ifşaların tək ünvanı məhz bu sayt olacaq. Bizi izlәyin! Prezidentimizin әtrafındakı bәzi yaramazların ifşası bu ünvanda olacaq. Bәzi iblis diplomatların Prezidentimizә, dövlәtimizә, olduğu dövlәtlәrdә, vәtәnpәrvәrlik maskası geyәrәk vurduğu zәrbәlәri bilmәk istәyirsinizsә, mütlәq bizi izlәyin. Prezidentimizin, dövlәtimizin imicinә lәkә salan yalnız  müxalifәt deyil,  hәm dә, mәlәk maskası geyinmiş iqtidaryönlü  görüntü yaradan iblislәrdir! Saytımızda sözü gedən hәmin iblislәri maskasız tanıyacaqsınız. Nəzərinizə çatdırım ki, "İblislәrin yaramazlığı” kitabını azәrbaycan, rus, ingilis, türk, qazax vә qırğız dillәrindә bu saytda tam şәkildә oxuyacaqsınız. Sizi әmin edirәm ki, heç bir qüvvә kitabın nәşrini saytımızda dayandıra, nәşr olunan hissәlәrini isә sildirә bilmәz”.

Xatırladaq ki, Nüsrət Məmmədov by günlərdə Qırğızıstanda Azərbaycan dilini təbliğ etmək məqsədi ilə Qırğızıstan gəncləri üçün tədris mərkəzi təsis etmiş və Qırğızıstan dövləti tərəfindən lisenziya da almışdır. İndi isə mətbuat sahəsində  Azərbaycan adına olduqca təqdirəlayiq bir layihəyə imza atır. Sözü gedən sayt media sahəsində hər mətbu orqanın edə bilmədiyini edərək, ilk növbədə həqiqətləri söyləyəcək. Bununla yanaşı türk dövlətlərini birləşdirən bu layihəni Türk Dövlətləri informasiya bloku adına uğurlu addım da hesab etmək olar!

Qeyd edək ki, sayt yaxın günlərdə istifadəyə veriləcəkdir.(VoicePress.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR