Qonşunun qulağını kəsib tulladılar - Ağdaşda Tükürpədici olay

img

31-12-2015 [13:03]


Bu gün səhər saatlarında Ağdaş rayonunda maraqlı hadisə baş verib.

Hadisə şahidləri "Qafqazinfo”ya bildirib ki, rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə dava tərəflərdən birində iştirak edən İlham Rzayevin qulağı kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildirilir.

Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.

Qeyd edək ki, hadisəni törədənlər içkili vəziyyətdə olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA