Azərbaycanda ilginc hadisə: Mağazadan “nisyə dəftəri“ni oğurladılar

img

25-12-2015 [17:28]


Samux rayonunda ilginc oğurluq hadisəsi baş verib.

Belə ki, rayonun Alıuşağı kəndində Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını, içəridə olan malların dağıldığının şahidi olub.

"Çağırılmamış qonaqlar" ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.

Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər "nisyə dəftəri"ni aparmaqla onları müflis etmək məqsədi güdüb.

Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır ("Region" TV).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA