Təcridxanada daha bir intihar - Məhkum özünü asdı

img

23-12-2015 [11:30]


1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

"Report”un xəbərinə görə, barəsində həbs qətimakan tədbiri seçilmiş Manaf Paşayev adlı şəxs özünü asıb.

Bu, M.Paşayevin doqquzuncu məhkumluğudur. Sonuncu dəfə onun barəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Manaf Paşayev noyabrın 3-də "Binə” ticarət mərkəzində Bakı şəhər sakini Ramil Cəfərova məxsus mağazadan geyim əşyalarını oğurdığına görə DİN ÇPA-nın və Xəzər RMŞ-nin əməkdaşları tərəfindən tutularaq, Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA