Həbsxanada intihar edən MTN polkovniki ilə bağlı cinayət işi açıldı

img

20-12-2015 [21:20]


Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb. 

Mia.az-ın apa-ya istinadən verdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir. Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb. Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA