19-12-2015 [15:57]
Zeynəb CƏFƏRLİ, jurnalist
İlk dəfə onun adını eşidəndə içimdə qəribə bir maraq oyandı... Görəsən bu ad hardan qaynaqlanır?! Bu qəribəliklə onun yaradıcılığına səyahətə çıxdım. Poeziya dünyasına qədəm qoyduqca yavaş-yavaş hər şeyi unutmağa başladım. Adının qəribəliyini də, haradan qaynaqlandığını da, kim olduğunu da...
Sadəcə olaraq şeir sevgisi adlı bir aləmə düşdüm. Və bu aləmin dərinliklərinə getdikcə anladım ki, bu adı valideynləri ona verərkən, hansısa daxili bir hissin gücüylə biliblər ki, bu uşaq böyüyüb şeir dünyasının gerçək "Knyaz”ı olacaq... Necə deyərlər: ”Yazıya pozu yoxdur!..
Elə Knyaz Aslan dünyasına da bu deyimlə səyahətə başladım:
Necə qıydın axı sən
Yazılanı pozmağa.
Gücün çatarmı görən
Pozulanı yazmağa?!
Bu misralar sadə dillə ifadə olunsa da içində nə boyda bir hikmətin yatdığı göz önündədir... Təbii ki, ilahi bir təqdirlə...
Darıxma, hər ömrə bir əcəl qənim,
Mənsiz günlərini bir-bir sayarsan...
Hər səhər anarsan adımı mənim,
Hər gecə ruhumu qarşılayarsan...
Bəlkə də ruh şairi olduğu üçün belə düşünür Knyaz Aslan... Bəlkə də gerçək bir sevdanın əsiri olduğu üçün... Amma hər iki halda o, ürəyinin istədiyini, sevgisini dilə gətirməyi bacarır və bu da ilahi bir vergidir, qabiliyyətdir. Elə buna görə də:
Məni məndən alan dünyam,
Söz oduna salan dünyam,
Saz havamı çalan dünyam,
Yaman gözdən qoru məni, -
deyir sözün Knyazı... Və dünya səltənətinin fani olduğunu, nahaq sitəmlər çəkməmək, insanlıq simalarını itirməməyi yada salır:
Qatar-qatar karvan köçər bu dünyadan o dünyaya,
Bu nə sirdir, Knyaz Aslan, gedən gedər, gələn olmaz?!
Elə bu misralar bir bildiriş, bir anlama deyilmi cahillərə, dünyanı beş əllə tutanlara, həyata naqislik toxumu səpənlərə...
Onun şeir aləmini fırlandıqca beynimdə bir fikir formalaşır... Dinini, imanını, insanlığını hər şeydən üstün tutan şair bu əqidəni insanlarda da formalaşdırmağa çalışır:
Kim unutsa soyu, kökü,
Qəbirdə od tutar börkü.
Bir obanın qeyrət yükü,
Min kişinin beşindədir!..
Budur Knyaz Aslan şeiriyyətinin üzü və şeir dünyasının içi.
Kim belə tikdirdi bu qəm mülkünü,
Bilinmir qapısı, qülləsi hanı.
Alilər ləvğ etdi ölüm hökmünü,
Bunun şapalağı, şilləsi hanı?!
Belə düşüncələrin qoynunda gəzən söz Knyazı hərdən ilahi bir duyğunun da qonağı olur:
Danma, Knyaz Aslan, söylə doğrunu,
Tamah məhvə çəkir insan oğlunu...
Bəlkə unutmuşuq haqqın yolunu,
İlahi, dünyanın qibləsi hani?!
Təbii ki, bu ritorik sual cavabı gəlməyəcək bir varlığa ünvanlanib. Amma o qədər inamla və yanğıyla sorulub ki, istər-istəməz, şeir dünyasında cavab axtarırsan. Sonu bəlli olmayan bir cavab...
Bəşər övladı sevgidən, eşqdən yaranıb deyirlər. Və bu tarix boyu oz əksini tapıb. Yaranışdan tutmuş yeni nəslin yaranmasına qədər bütün formalarda... Elə Knyaz Aslan şeiriyyətində də eşqin böyüklüyü öndər rol oynayır:
Sevib-seviləndə gözəlmiş həyat,
İlahi, ayrılıq yetirmə mənə!..
İlahi, gecənin ömrünü uzat,
O qəmli sabahı gətirmə mənə!...
Və ölmüş eşqinə inanmaq istəməməsi onu söz yükünün altında inləməyə vadar edir:
Alışan sinəmə dağ çəkirsən, dağ,
Qəlbə axan seli saxlamaq olmur.
Gecələr nəm çəkən yastığıma bax,
Neyləyim, aşkarda ağlamaq olmur...
Elə eşqin ilahiliyi də budur... Aşkarda dəli deyirlər, gizlində ölü. Bax bunu anlatmaq istəyir Knyaz Aslan. Bəlkə də nakam bir eşqin qırıq-qırıq olmuş arzusundan, hülyasından söz açmaq istəyir. Elə buna görə də ürəkləri dağlayır:
Qayıt arzuların yel qanadında,
Bir ləkə qalmasın təmiz adında.
Əgər könül sınsa, saxla yadında
Daha qəlbi qəlbə bağlamaq olmur!..
Bu da eşqini dananlara bir haray səsi, haqq çağırışı... Hansı səmtdən baxırsan bax, Knyaz Aslan dünyası şeiriyyətin pəncərəsidir. Sevgi ümumi məfhumdur... Və bu məvhumun içində dünyanın bütün incəlikləri var. Elə Knyaz Aslan içində də təbiət sevgisi, gözəllik sevgisi, insan sevgisi, ata-ana sevgisi, övlad sevgisi, torpaq, vətən sevgisi... Və bu anlayışlara Knyaz Aslan sevgisi... Vətən, torpaq eşqini sərhədin o tayından bu tayına daşıyan Vətən eşqi:
Yad eldə saray qəfəsdi,
Doğma yurdda koma bəsdi,
Ana qədər müqəddəsdi,
Torpaq dərdi, Vətən dərdi...
Təbii ki bu dərd əsrlərdir hər kəsin içini sızladır, qanadır, amma hər kəsdə dərdini nəzmə çəkib, millətinə pay etməyə qadir deyil... Knyaz Aslan isə bu dərdlərini doğma torpağının dağ şəlaləsi kimi incə bir axınla bunu anlatmağa çalışır:
Uca Tanrım, səndən bir diləyim var,
Hec kəs diləyindən yaralanmasın!..
Bir gülsüz, bülbülsüz qalmasın bağlar,
Çəmən çiçəyindən yaralanmasın!..
Sərhədləri aşıb, doğma torpağında bitən poeziya budur... İçində bir dünya yaşam var, bir ömür və yaşanan bir tale...
Bilmirəm nə qədər doğru, nə qədər aydın yazdım. Amma içimdən gələn bir duyğuyla, sevgiylə yazdım... Ən azından, parçalanmış bir torpağın sərhəd dağı kimi bir yarası olan qədim bir diyarın yetirdiyi, sevgi dolu şair ürəyindən danışdım.
Əgər eldən-elə gələn bu poeziyanın sevgi payını zəif verə bildimsə, oxucularım məni bağıslasın...
Bu sadə bir jurnalist düşüncəsinin məhsuludur...
Bir də söz Knyazlığının kiçik bir nümunəsi...

Knyaz Aslan
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxsi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb