Azərbaycanda radiolara qarşı yeni qadağalar tətbiq ediləcək – MTRŞ-dən xəbərdarlıq

img

16-12-2015 [15:31]


Növbəti həftə Monitorinq şöbəsinin toplantısında radiolarla bağlı qərar qəbul ediləcək. İlkin qərarda cərimə sanksiyaları və yaxud qadağa nəzərdə tutulub.

Bu sözləri MTRŞ-ın sədr müavini Qafar Cəbiyev Azərbaycan radiolarının monitorinqi zamanı rast gəlinən nöqsanlar barədə danışarkən deyib. 

O, bəzi radioların fəaliyyətində çoxsaylı və ciddi qanun pozuntuları olduğunu bildirib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqini aparır.

Növbəti həftə bu mövzuda Şuranın iclası keçiriləcək.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR