DİN əhaliyə xəbərdarlıq etdi: 102-ə zəng edin

img

16-12-2015 [15:01]


Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni gücləndirib.

Nazirlikdən Mia.az-a verilən məlumatda deyilir ki, hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlərə başlanılıb: "Bu məsələlər nəzarət altındadır. Bu cür maddələrin və əşyaların satışı və istifadəsi aşkar olunduqda qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülür".

Nazirlikdən bildirilib ki, əvvəlki illərlə müqayisədə tezalışan və partlayıcı maddələrin satışında azalma müşahidə edilir.

Nazirlik əhalinin bu cür madələrin satışı və istifadəsi halları ilə rastlaşdıqda "102" saylı zəng xidmətinə müraciət edərək məlumat verməsini tövsiyyə edib.

Nazirlikdən həmçinin bildirilib kli, tezalışan və partlayıcı maddələrin satışına qarşı tədbirlər daha da gücləndiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA