Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

img

16-12-2015 [13:23]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib: "Prokur Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istrəyib".

Növbəti proses dekabrın 23-nə keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR