Bakı-Qazax yolunda dəhşətli qəza: 2 ailə yasa batdı

img

14-12-2015 [13:03]


Bakı-Qazax magistralının Ağdaşdan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Magistralın 281-ci kilometrliyində 1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi "Gelly" və 1974-cü ildə anadan olmuş Səfərov Etibar Baxşəli oğlunun sürdüyü "Mercedes" toqquşub. Nəticədə "Gelly"də olan sərnişinlərdən 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Mehriban Bayramova və 2012-ci ildə anadan olmuş Bayramlı Ayan Tural qızı isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı Ayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən uşaqlar iki qardaşın övladları olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA