Nardaranda əməliyyat - Həbs var

img

11-12-2015 [14:22]


Nardaran sakini həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən F-1 qumbarası aşkar edilib.

Həmçinin 3,95 qram heroin götürülüb. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Habelə, polis əməkdaşları Nardaran ərazisində AKS markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA