İşçilərinə seksual təzyiq göstərənlərə 2500 manat cərimə

img

10-12-2015 [17:13]


Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə sərt cəzalar müəyyənləşdirilir.

Məlumata görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub(lent.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA