Sabiq icra başçısı həbs edildi - Məhkəmə qərarı

img

09-12-2015 [17:13]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib(Lent.az).

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələzuluqda) ilə cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA