Azərbaycanlı iş adamı su quyusunda öldü

img

09-12-2015 [16:29]


Marneuli rayonunda bədbəxt hadisə baş verib.

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün günorta saatlarında azərbaycanlı iş adamı Rafil Qədir oğlu Musayev həyətyanı sahəsindəki su quyusuna düşərək boğulub. Hadisə yerinə Rustavi Fövqəladə hallar departamentinin əməkdaşları gələrək onun meyitini 15 metr dərinlikdə olan su quyusundan çıxarıblar.
 
R. Musayev Marneulidə tanınmış şəxslərdən biri olub.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA