Mətanətin 2-ci ərindən şok ittiham -“Mənə xəyanət edib...”

img

09-12-2015 [14:33]


ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı redaksiyamıza zəng edərək açıqlama verib.


Mia.az xəbər verir ki, axşam.az-ın müxbiri ilə söhbətində adının tam açıqlanmasını istəməyən M. aparıcı ilə heç vaxt rəsmi nikahda olmadığını bildirib: "Mənim ailəm, övladlarım var. Adımı açıqlasam, kimliyim bəlli olsa, ailəm dağılar. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə mesajlaşmalarını görmüşəm. Özünə deyəndə isə cavabı "Sən mənə lazımi qədər vaxt ayırmadın” olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım. Hərbiçiyəm, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Mən hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən Zaurun verilişinə ("Bizimləsən” verilişi, aparıcı Zaur Baxşəliyev – red.) canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?