Azərbaycanda biznesmen İnterpol xətti ilə axtarışa verilib

img

09-12-2015 [11:31]



Azərbaycanda vergidən yayınan daha bir biznesmen beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, 41 yaşlı Savalan Qarayev vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, S. Qarayev Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olurmuş.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA