Bakıda polisə müqavimət: İki gənc tutuldu - Fotolar

img

07-12-2015 [12:44]


Nərimanov rayonunda polis əməkdaşı ilə iki gənc arasında insident olub.
AzNews.az xəbər verir ki, hadisə ötən gün Təbriz küçəsi 44 ünvanında qeydə alınıb. Hadisəyə səbəb telefon aksesuarlarının satıldığı mağazanın qarşısında 2 gənc arasında davanın başlaması və hadisəyə polisin müdaxilə etməsi olub. İctimai asayişi pozduqlarına görə dava edən gənclərə yaxınlaşan polis əməkdaşı gənclərdən birinin müqaviməti ilə rastlaşıb. 20-22 yaşlarında gənc oğlan əlindəki soyuq silahla polisdən yayınmağa çalışıb. Lakin polis əməkdaşı onu zərərsizləşdirməyə nail olub və hər iki gənc polis bölməsinə aparılıb.

Gəncləri saxlayan polis hadisəni seyr edən sakinlərə bildirib ki, əlində bıçaq olan şəxs onlardan yayınmaqdan ötrü bıçaq çıxarıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA