Məktəb direktorunun inəkləri oğurlandı

img

04-12-2015 [15:59]


Azərbaycanda məktəb direktorunun inəkləri oğurlanıb.
 
Mia.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Günəşli kənd 2 saylı orta məktəbinin direktoru Kəramət Həsənovun 4 baş inəyini oğurlayıblar. 
 
Oğrular məktəb direktorunun inəklərini evinin həyətindəki tövləsindən aparıblar. Gecə saatlarında baş verən oğurluqdan məktəb direktoru səhər xəbər tutub. Bir neçə gün əvvəl baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Lakin hələlik inək oğrularından xəbər yoxdur. 
 
Qeyd edək ki, Cəlilabadda bu cür oğurluq hadisələri əsasən də ilin bu mövsümündə tez-tez baş verir. Keçən ildə bu mövsümdə rayonda 6-7 iri və xırda buynuzlu heyvanların oğurlanması hadisələri baş vermişdi.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA