Maştağada Taleh Bağırzadənin tərəfdarının evindən silah tapıldı - Rəsmi

img

04-12-2015 [13:18]


"Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb.

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun "Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

 
Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd "F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA