İş adamları və bankirlərə şok ittiham - Şikayət

img

01-12-2015 [11:04]


2012-ci ildə həbs olunan iş icraçısı Qüvvətəli Süleymanovun həyat yoldaşı Sevda Süleymanova dövlət  başçısı İlham Əliyevə müraciət edib. 

Müraciət müəllifi yazır ki, həyat yoldaşı Qüvvətəli Süleymanov uzun illər tikinti sahəsində çalışaraq vətəndaşlarımızın mənzillə təmin edilməsi üçün çalışıb.

Çalışdığı tikinti şirkətlərində sərf etdiyi sərmayənin, ona çataçaq əmək haqqının əvəzi olaraq həyat yoldaşına rəsmi sənədlə bir necə mənzil verilib: "2012-ci ildə yoldaşım Qüvvətəli  Süleymanovun əmlakını ələ keçirmək istəyən şərikləri onu həbs etdirdilər. Və tikinti şirkətlərindəki bütün nöqsanları yoldaşımın üzərinə ataraq vəzifəli himayədarlarının köməkliyi ilə onun həbsinə nail olublar. Bununla kifayətlənməyib ailəmizə məxsus əmlakı da ələ keçirməyə çalışırlar. 

Hazırda bu qanunsuz proses davam edir. Mənim və ailəmin başına gətirilən oyunlarda ”Afina" MMC,   "Olimp” MTK və "Omaks-3" tikinti şirkətlərinin təsisçiləri, həmin şirkətlərlə əlaqəli  işləyən ”United Credit Bank" ASC və "Deka Bank” kimi banklar əlbirdir. Konkret olaraq deyə bilərəm ki, ərimin şərlənərək həbs olunmasında "Afina” MMC-dən Nail Şahverdiyev, Qurban Mahmudov (Bakı Apelyasiya Məhkəməsində şöbə müdiri), "Omaks” MTK-dan Emil Namazov, Tapdıq Namazov, makler İradə Vəliyeva, Emin Abbasov, Yasin Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin hüquqşünası Cəlal  Bağırov, Bakı Şəhər Prokurorluğunun əməkdaşı Naibə Tağızadə, Respublika Baş Prokurorluğunun sabiq əməkdaşı, dəfələrlə məhkum olmuş Etibar Qarayev və digər şəxslər iştirak edib". 

S.Süleymanova yazır ki, "Omaks-3"  şirkətinin sahibi  Emil Namazovla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb: ”Hüquq-mühafizə orqanlarında çalışan bəzi vəzifəli şəxslər də bu prosesdə iştirakçıdır. Onlar bütövlükdə qrup şəklində fəaliyyət göstərirlər. Mən dəfələrlə əlimdə olan faktları hüqüq-mühafizə orqanlarına təqdim edərək, həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişəm. Bununla bağlı Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində qəbulda olsam da heç bir tədbir görülməyib. Əksinə, məni dəfələrlə zorla polis maşınına basaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Bizim ailənin başına gətirilən oyunlarda məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları iştirakçıdır. Bizim ailənin son ümid yeri Sizsiniz. Xahiş edirəm, bizi bu ədalətsizlikdən qoruyun".

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA