Azərbaycanda 26 yaşlı oğlanın qollarını baltaladılar - VİDEO

img

29-11-2015 [16:37]


Zaqatalada 26 yaşlı bir gəncin müəmmalı şəkildə qolları kəsilib.

Hadisə dünən axşam saat 23:45-də baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan, 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyəsindən tamamilə kəsilib.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində təcili cərrahiyyə əməliyyatı aparılıb. Hələlik hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə dəqiq məlumat yoxdur. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.(Region tv)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA