Bakıda silahlı insident - 25 yaşlı gənc güllələndi

img

25-11-2015 [20:39]


Bakının Nərimanov rayonunda silahlı insident baş verib.

Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun M.Məmmədov küçəsi, ev 16 ünvanının qarşısında qeydə alınıb. 1990-cı il təvəllüdlü Vüsal Feyzulla oğlu Babayev həmin ünvanda güllələnib. O, güllə yarası ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi müayinə zamanı onun bədənində güllə yarası ilə yanaşı bıçaq xəsarəti də aşkar edilib. Vüsal Babayev həmçinin sol kürək və bud nahiyyəsindən xəsarətlər də alıb. Kliniki Tibbi Mərkəzin travmatologiya şöbəsində tibbi yardım alan Vüsal Babayevin səhhətinin qənaətbəxş olduğu bildirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı "Makarov” tipli tapançaya aid iki ədəd giliz götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA