Bu gün Rauf Mirqədirovun məhkəməsidir

img

25-11-2015 [11:03]


Bu gün "Ayna Zerkalo" qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəmə prosesi keçiriləcək. 

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hazırda məhkəmə binasının önündə heç kim yoxdur. 

Qeyd edək ki, Rauf Mirqədirovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində Əlisultan Osmanovun sədrliyi ilə keçiriləcək.

Hələlik məhkəmə iclasının başlaması barədə heç bir məlumat verilmir. Prosesin şahidlərin ifadələri ilə davam edəcəyi gözlənilir.

Hazırda tanınmış jurnalist Azər Rəşidoğlu da məhkəmə binasının önünə gəlib. A. Rəşidoğlunun da bun gün ifadə verəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA