Özünü yandıran kişinin vəziyyəti... – Həkim danışdı

img

24-11-2015 [12:22]


Xəbər verdiyimiz kimi, dünən Naxçıvan sakini Malik Hüseynov özünü metronun "Azadlıq” stansiyasının yaxınlığındakı "Muğanbank”ın qarşısında yandıraraq intihara cəhd edib. O, "Muğanbank”a avtomobil krediti borcu olduğunu bildirib.

Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədov Modern.az saytına növbəti açıqlamasında Malik Hüseynov barədə heç də ümidli danışmayıb: "Vəziyyəti çox ağırdır. Nə isə demək üçün çox tezdir. Xəstənin tənəffüs yolları yanıb. Gözləmək lazımdır. Hazırda reanimasiyadadır, anlaqlıdır”.

Malik Hüseynov xəstəxanaya daxil olarkən həkimə kredit borcuna görə özünü yandırdığını deyib. O bildirib ki, qalan borcu 6 min olmasına baxmayaraq, bank ondan 15 min manat tələb edib. Krediti gecikdirdiyinə görə avtomobili də əlindən alıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA