Cavid Qurbanovun işçisi tutuldu - Yenilənib

img

18-11-2015 [16:40]


"Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı tutulub.

Mia.az "Report”a istinadən xəbər verir ki, QSC-nin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 

Məsələyə münasibət bildirən "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir ƏzməmmədovAzVision.az-a açıqlamasında Emin Rzayevin həbsindən xəbərsiz olduqlarını deyib. "Düzdür "Azərbaycan Dəmir Yolları” QSC-nin Emin Rzayev adlı əməkdaşı var. Amma onun saxlanılması və ya həbsi ilə bağlı bizdə heç məlumat yoxdur”,-deyə N.Əzməmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA