MTN polkovniklərinin evində axtarış; Akif Çovdarovun daha 5 işçisi istintaqa cəlb edildi

img

17-11-2015 [20:03]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar. Xəbərə görə, hər üç MTN əməkdaşının mənzillərində və iş otaqlarında axtarışlar aparılıb.

Qeyd edək ki, bundan əvvəl həmin Baş İdarənin əməkdaşları - şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA