Polisə anonim zəng - Bakıda bomba həyəcanı

img

15-11-2015 [15:45]


Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub.

Mia.az-ın lent.az-a istinadən məlumatına görə, zəng edən şəxs Zivərbəy Əhmədbəyov küçəsindəki binalardan birinə partlayıcı yerləşdirilməsi ilə bağlı informasiya verib. Dərhal ərazi üzrə polis bölməsi və müvafiq orqanlar məlumatlandırılıb və qeyd edilən ərazidə axtarış aparılıb.

Axtarış nəticəsində həmin ünvanda partlayıcı qurğu və ya digər təhlükəli əşya tapılmayıb.

İlkin araşdırma nəticəsində anonim zəngin elə Z.Əhmədbəyov küçəsindəki taksafondan edildiyi üzə çıxıb.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA