Bakıda polis maşını qəzaya düşdü

img

10-11-2015 [15:38]


Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi "Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi "Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA