Sonsuzluqda suçlanan 22 yaşlı gəlin özünü asdı

img

09-11-2015 [13:34]



Bakıda gənc qadın intihar edib.

Nizami Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, intihar hadisəsi rayon sakini, 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyeva noyabrın 8-nə keçən gecə özünü Naxçıvani küçəsində yaşadığı mənzildə asıb.

Nizami RPİ 24-cü polis bölməsinin müstəntiqləri tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 22 yaşlı qadını bu addımı atmağa məcbur edən səbəb ərinin və sonuncunun yaxınlarının qadına mənfi münasibəti olub.

Onlar N.Panıyevanı sonsuz olduğu üçün məzəmmət və ittiham edirmiş. Ailədə bu zəmində gərginlik yaşanırmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA