Gəncəyə gələn təyyarə eniş edə bilmədi

img

08-11-2015 [16:10]


Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.

Hadisə yerindən Trend-ə verilən məlumata görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

***

AzVision.azKəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, sərnişinlər Bakıdan Gəncəyə avtobusla yola salınıb. Axşam saatlarında isə hava limanı Moskva-Gəncə reysini həyata keçirən təyyarəni qəbul edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA