10 aylıq körpəsi olan qadın evdən qaçdı

img

07-11-2015 [12:27]


Zərdab rayon sakini itkin düşüb

Rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in "102" "qaynar xətti"nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Polis şöbəsindən "Report"a verilən məlumata görə, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Aynur Qasımovanın 10 aylıq körpəsi var. Körpə hazırda evdədir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA