DİN “Krutoy Elvin”in öldürülməsi haqda xəbər yaydı

img

06-11-2015 [14:40]


Daxili İşlər Nazirliyi (DİN) Şirvanda dünən baş vermiş silahlı insdentlə bağlı məlumat yayıb.

Mia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk ediblər.

 Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüblər.

Hadisə yerinə baxış zamanı "Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.​ Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Onu da qeyd edk ki, Elvin Nəciyev kriminal aləmdə "krutoy Elvin” kimi tanınırmış...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA