MSK Elza ilə bağlı şikayəti rədd etdi

img

05-11-2015 [16:53]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsəndən deputatlığa namizəd olan Elza Seyidcahanın (Qasımova) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.

AzVision.az xəbər verir ki, şikayətdə bildirilib ki, noyabrın 1-də parlament seçkilərində E.Seyidcahanın təmsil olunduğu dairələrin nəticələri ləğv edilməlidir.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, E.Seyidcahan şikayəti öz adından deyil, ona səsverən seçicilərin adından MSK-ya ünvanlayıb.

Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar yoxdur. O da məlum olub ki, müraciət edən şəxslər həmin seçki dairəsinin ərazisində yaşamırlar. Ona görə də MSK şikayəti təmin etməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA