Vəkili məhkəmədə həbs etdilər - Azərbaycanda!

img

05-11-2015 [13:09]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Kərimov və Nurlan Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Eldəniz Kərimov 7 il, Nurlan Rəhimli 9 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində başqa yerə getməmək haqda qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.

Həbs edilən Eldəniz Kərimov hüquqşünas olub. O, Nurlan Rəhimovla birlikdə Bakıda yaşayan qoca rus qadının evini dələduzluq yolu ilə ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA