"Bir ayağım Moskada, bir ayağım Bakıdadır" - Gənc müğənni yeni mahnısından danışdı (VİDEO)

img

04-11-2015 [11:18]


Gənc və istedadlı müğənni Fəqan Səfərov  "Sevgi nağılı" adlı yeni mahnısını dinləyicilərə təqdim edib.

Mia.az-ın məlumatına görə, mahnının söz və musiqisi Səfər Məmmədova məxsusdur.

 Yeni mahnı Türkiyədə aranjeman edilib. Mahnıda canlı musiqi alətləri türkiyəli musiqiçilər tərəfindən ifa olunub.

Yeni mahnı artıq rado dalğalarında səslənir. F. Səfərov "Sevgi nağılı"a  klip çəkdirmək fikrində olduğunu da bildirdi: "Mahnıya  xarici ölkələrdən birində ekran həyatı veriləcək. Azərbaycanın hər güşəsi maraqlı və mənzərəlidir. Rejissorlarımız da professionaldır. Lakin  fərqlilik olsun deyə, xarici ölkəyə üz tutmaq fikrim var. Bundan əvvəl üç klipim Azərbaycanda çəkilib".

Müğənni "Sevgi nağılı”nın ünvanlı olduğunu da açıqladı: "Bu mahnını oxuyarkən gələcək həyat yoldaşıma həsr etmişəm. Mahnını oxuyarkən gələcək həyat yoldaşımı təsəvvür etmişəm, onu düşünmüşəm. İstərdim ki, bu mahnı sevgililərin himninə çevrilsin”. 

Xatırladaq ki, F. Səfərov  2012 ci ildə Azərbaycanda "Eurovision" Mahnı Müsabisinin  milli seçimlərinin finalçısı olub.

Əvvəllər Moskvada yaşayan gənc müğənni son dörd ildə mütəmadi olaraq Bakıda fəaliyyət göstərdiyini də açıqladı: "Lakin yenə də bir ayağım Moskada, bir ayağım Bakıdadı. Son aylarsa yaradıcı fəaliyyətimi genişləndirmişəm. Radio dalğalarında bir neçə yeni mahnım dinləyicilərin ixtiyarına veriləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?