Paytaxtda sərxoş sürücü yol polisi döydü

img

02-11-2015 [22:56]


Bakıda maşını içkili vəziyyətdə idarə etdiyi üçün saxlanılan sürücü polisi döyüb.

Mia.az musavat.om-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində Bakı sakini 1976-cı il təvəllüdlü İlqar Abbasovun idarə etdiyi "Audi” markalı avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər. Sürücü müayinə üçün Zığ yolu küçəsində yerləşən narkoloji dispanserə aparılıb.

Sərxoş sürücü müayinə zamanı Post Patrul Xidməti Bölüyünün serjantı Tariyel Eyyubovu döyüb, ona yumruq zərbəsi endirib. Polis əməkdaşı xəsarət alıb. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA