02-11-2015 [20:29]
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş polis rəisi Anar Şıxaliyev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Dostum Ələddinin "Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir "Niva”, bir də "Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq xəsarəti vurdu. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım, bu şəxslər məni kiminləsə səhv salıb, bu əməli ediblər. Burdakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub. O, biri bıçaq vuran yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar”.
Polis polkovnikindən sonra digər zərərçəkən şəxs Ələddin Qədirov ifadə verib. O, ifadəsində "Mercedes Galenvagen” markalı avtomobilin sahibi olduğunu bildirib: "Həmin gün maşını dostum Anara vermişdim. Sonra bu hadisənin olduğunu eşitdim, pis oldum”.
Zərərçəkən Ələddin Qədirov təqsirləndirilən şəxslərdən heç birini tanımadığını bildirib: "Birinci dəfə görürəm. Bir neçə gün öncə Xəyal Qəhrəmanovla (təqsirləndirilən Ələkbər Qəhrəmanovun qardaşı) mübahisəmiz olub. Mübahisəmiz maşın alış-verişi üstündə olub. Bir maşın vardı, Xəyala dedim ki, alma. O, isə mənim sözümə qulaq asmayıb, aldı. Sonra maşında problem oldu. Belə Xəyalla münasibətimiz olmayıb, deyirəm də, sadəcə maşın alış-verişi olub. Orda elə danışdıq ki, normal ayrıldıq. Belə şeylərin olacağına inanmırdım. Maşını Anara verəndə heç ağlıma gəlməzdi ki, belə bir şey olar. Avtomobilimi Anara etibarnamə ilə vermişəm. Sonradan həmin maşın satılıb”.
Ələddin Qədirov avtomobilə 400-500 manat dəyərində ziyan dəydiyini bildirib. "Dəymiş ziyan ödənilib. Qardaşım maşını təmir etdirib. Heç bir şikayətim və tələbim yoxdur”.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Ələkbər Qəhrəmanov ifadə verib.
O, ifadəsində özünü qismən təqsirli bilinib: "Mənim cinayətim yalnız şüşə sındırmaq olub. Digər ittihamların heç birini qəbul etmirəm. Hadisə günü yolda dayanmışdıq. Qardaşım dedi ki, problem olub. Getdik. Yol gedirdik. Qabağımızda "Mercedes Galenvagen” markalı maşın gedirdi. Qabağını kəsdik. Mən Nurlan, Anar bir maşındaydıq. Nurlan maşından düşmədi. Anarla mən düşdüm. Maşının arxasında beysbol dəyənəklərini götürdük. Mən orda sol şüşəyə çubuqla zərbələr endirdim, qardaşım Xəyal vurub. Orda ondan başqa heç kimin bıçağı yox idi. Maşında beysbol çubuqlarını saxlamağımızın məqsədi özümüzü qorumaq olub. Biz ora söhbət eləməyə getmişdik, bu hadisə oldu. Söhbət edib, problemlərimiz həll edəcəkdik”.
Təqsirləndirilən şəxs hadisədən sonra xəsarət yetirdikləri şəxsin polis rəisi Anar Şıxaliyev olduğunu bilib: "Bizim söhbətimiz başqa adamla olub. Hadisədən xeyli sonra bilmişik ki, bu şəxs polisdir. Ona görə qaçıb gizlənmişik. Uşaqlarla danışdıq ki, başımız böyük zibilə düşüb. Hamımız qaçıb gizləndik. Əlaqələrimizi kəsdik. Mən bir neçə ay Nabranda ayrı-ayrı evlərdə gizləndim. Sonradan Bakıya gəldim. Bilirdim ki, axtarışdayıq. Ev tərəfə getmirdim. Bir qız tanışım vardı, onun yanında qalırdım. Bir gün gecə evə gələndə blokun ağzında bir neçə mülkü geyimli polis əməkdaşı məni tutdu. Üstümdə axtarış elədilər. Özümü qorumaq üçün bıçaq gəzdirirdim. Onu götürdülər. Heç bir hal şahidi olmayıb. Sonra məni "Bandotdel”ə gətirdilər". 
Təqsirləndirilən Ələkbər Qəhrəmanov ona verilən narkotik maddə ittihamının sonradan üstünə qoyulduğunu bildirib: "Mən indiyə qədər heç zaman narkotik maddə istifadə eləməmişəm. Sonradan dedilər ki, sənin üstündə 5 qram narkotik maddə var. Halbuki nə məni tutanda, nə də sonra üzərimdə narkotik olmayıb. Mənim cinayətim ancaq şüşə qırmaq olub”.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Qeyd edək ki, hadisə keçən il iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus "Mercedes Galеnvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər "Niva” və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə "Mercedes Galеnvagen”in bütün şüşələrinin sındırıb. Buna etiraz edən Şıxaliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3 xəsarət yetirilib. 
Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub.
Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb./lent.az/
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə zəlzələ oldu - 4,9 bal gücündə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yollanıb
Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO