Nazirliyin işçiləri qəzaya düşdü: 3 yaralı

img

02-11-2015 [16:42]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları Bakıda qəza törədiblər.

Musavat.com xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taborunun sürücüsü 1992-ci il təvəllüdlü Əlikram Qəmbərli idarə etdiyi "Toyota-Prado” markalı avtomobillə qəza törədib. 

Sürücü idarə etməni itirərək, maşını yolun kənarındakı işıq dirəyinə vurub. 

Qəza nəticəsində gizir, 1985-ci il təvəllüdlü Amil Quliyev, əsgərlər 1996-cı il təvəllüdlü Zeynal Vəliyev və 1995-ci il təvəllüdlü Murad Piroğlanov yaralanıb. 

Yaralılar 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olmadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA