Gömrükdə brilyant əməliyyatı – Həbs olunan var

img

28-10-2015 [16:35]


Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı Mübariz Nağıyev saxlanılıb. 

 Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun əl çantası rentgen aparatı vasitəsilə yoxlanılıb. Monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri görünüb. Təkrar yoxlama zamanı həmin çantadan M.Nağıyevin gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 7 cüt sırğa, 6 ədəd üzük, 9 ədəd boyunbağı, 2 ədəd qolbaq və 4 ədəd kulon aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 167,60 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır. Bundan başqa, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Kamilə Abdurəhimovaya məxsus əl çantası da rentgen aparatı vasitəsilə yoxlanılıb. Təkrar yoxlama zamanı həmin çantanın içərisindən isə K.Abdurəhimovanın gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 12 ədəd boyunbağı, 4 ədəd qolbaq, 10 ədəd kulon və 2 ədəd üzük aşkar edilib. Daha sonra K.Abdurəhimovanın üzərində keçirilən şəxsi yoxlama zamanı ondan gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 10 cüt və 1 ədəd sırğa, 1 ədəd sırğa və üzük dəsti, 1 ədəd sırğa və kulon dəsti aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 215,97 qram olan və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır. Hər iki faktla bağlı təhqiqat aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA