MTN işi ilə bağlı saxlanılanlar... - Xidmət yeri açıqlamağı qanunsuz sayır

img

28-10-2015 [15:57]


"MTN işi ilə bağlı saxlanılan, onların harada saxlanması barədə saytların hər hansı məlumat yayması qanunsuzdur". 

Bu barədə açıqlama  ans press-ə Penitensiar Xidmətdən verilib. Xidmətdən bu barədə hər hansı məlumatın da verilə bilməyəcəyi qeyd edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. Onun MTN-in sabiq naziri Eldar Mahmudovun yaxın qohumu olduğu bildirilir.

Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir. Nazirlikdə bir neçə yüksək rütbəli şəxs vəzifəsindən azad olunub, sərəncama göndərilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA