Ağsu sakini taksi sürücüsünü evinin qarşısında güllələyib

img

22-10-2015 [12:13]



Ağsu rayonunda qətl hadisəsi törədilib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərində qeydə alınıb. Rayon sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlu ov tüfəngindən atəş açaraq həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu vurub. Yaşadığı evin qarşısında ağır xəsarətlər alan Rüstəm Osmanov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Tərlan Baxışov saxlanılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Rüstəm Osmanovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA