ANS-də daha bir veriliş dayandırıldı

img

15-10-2015 [15:53]


ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin "Axşam-axşam” verilişi efirdən yığışdırılıb: "İclasda aparıcı ilə ANS  telekanalı yollarını ayırmaq qərarına gəlib".  

Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə "Günəbaxan”, daha sonra isə "Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında "Axşam-axşam” adlı veriliş aparırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA