15-10-2015 [13:51]
Bir ildən artıq düşmən girovluğunda saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov bu gün səhər saatlarında həbs edilib. Bu barədə Hafta.az-a açıqlamasında Sahib Əsgərovun oğlu Mövlud Əsgərov məlumat verib.
Mövlud Əsgərov bildirib ki, atası tamamilə günahsız yerə həbs edilib və həbsə səbəb həyətyanı sahəsində yenicə tikdikləri ev olub:
"Hər bir sənədi-sübutu olan həyətyanı torpaq sahəmizdə, həyətimizin içində ev tikirdik. İki otaq, bir mətbəx, bir də hamamdan ibarət. Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi icra nümayəndəsi, bələdiyyə sədri və əllidən çox polis gəlib tikdiyimiz evi sökdülər. Atamı da söyüb təhqir etdilər. Üstəlik atamı, Dilqəm Əsgərovun qardaşını polis həbs etdi, apardılar. Təxminən bir saat əvvəl olub bu hadisə. Atam hələ də oradadır”.
Mövlud Əsgərov icra nümayəndəsi və bələdiyyə sədrinin onlara evin sökülməməsi üçün külli miqdarda dövlət rüsumu ödəməli olduğunu bildirib:
"İcra nümayəndəsi, bələdiyyə sədri və polis söküntüyə onu əsas gətirir ki, dövlət rüsumu olaraq 9 min 200 manat ödəməlisiniz, ondan sonra tikintini davam etdirə bilərsiniz. Atam da dedi ki, həmin qanunu mənə göstərin, harada yazılıbsa, mən də o pulu ödəyim. Atam onlara söylədi ki, hansı əsasla bir ev tikintisi üçün məndən bu qədər pul istəyirsiniz?! Hələ ki, bununla bağlı yuxarı instansiyalara müraciət etməmişik. Amma etmək fikrimiz var.
Qoy görək bu Abşeron Rayon İcra Hakimiyyətinin yiyəsi varmı? Görək ki, bura kimə baxır, ağası kimdir. Abşeron rayonun icra başçısı, bizim icra nümayəndəsi özbaşınalıq edir”.
Mövlud Əsgərov söküntünü lentə alarkən onun telefonunun polis tərəfindən sındırıldığını da deyib:
"Ev sökülərkən bir nəfərin ayağı sürüşüb hörgünün üzərindən yıxıldı. Onu da polis aktlaşdırdı ki, guya həmin fəhləni də atam vurdu. Bundan sonra da atamı pis söyüşlərlə təhqir etdilər. Ev sökülərkən mən telefonla bunu çəkirdim. Evimizi sökürdülər. Polis dedi ki, niyə çəkirsən? Dedilər ki, çəkiliş çəkməyə ixtiyarın yoxdur.
Mən də bildirdim ki, sənin bu evi sökməyə ixtiyarın yoxdur. Çünki bu barədə məhkəmə qərarı verilməyib. Saxtadırsa sökülsün, sənədi–sübutu olan evimi nə əsasla sökdüklərini soruşdum. Sonra mənim telefonumu qırdılar. Əlavə çəkiliş də var. Yoldaşım da bunu çəkirdi. Onun telefonunda baş verənlərin hamısı lentə alınıb”.
Qeyd edək ki, bu gün həbs edilən Sahib Əsgərovun qardaşı Dilqəm Əsgərov ötən ilin iyulunda öz ata-anasının qəbrini ziyarətə gedərkən işğal altındakı Kəlbəcər rayonunda erməni separatçıları tərəfindən girov götürülüb. O, hələ də heç bir əsas gətirilmədən düşmən girov saxlanılır.
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb