Nazpəri Dostəliyeva zəhərlənib

img

12-10-2015 [16:17]


Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib. Mia.az "Report”a istinadən xəbər verir ki, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Belə ki, xalq artisti yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.

1 saylı Kliniki Tibbi Mərkəzdən fakt təsdiqlənib: "Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhətilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.

"Qafqazinfo”nun əməkdaşı ilə söhbətində xalq artisti özünü yaxşı hiss etdiyini bildirib: "Yata bilmirdim, axır vaxtlar yuxusuzluqdan əziyyət çəkirdim. Ona görə dərman atmışdım. Salamatam, özümü əla hiss edirəm. Heç kim narahat olmasın”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?