Jurnalist polisə aparıldı

img

12-10-2015 [15:43]


Oktyabrın 12-də saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə gedən jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb.
AzNews.az xəbər verir ki, bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, hazırda 3-cü polis bölməsinə aparılır: "Şəxsiyyət vəsiqəmi itirmişəm. Yenisini almaq üçün ödəniş etmişəm, bu gün götürməli idim. Adımın qarşısında "saxlanmalı" yazıldığı üçün ASAN Xidmət məni polisə təhvil verir. Hazırda Sumqayıtdakı 3-cü polis bölməsinə aparılıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA